Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Laçın yolunda hansı təxribatlar ola bilər? 

Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə son çıxışlarından birində ermənilərin Laçın və ətraf kəndlərini boşaldacağını bildirmişdi. Paşinyan anlayırdı ki, Azərbaycan alternativ yolu tamamladıqdan sonra 2020-ci il 9 noyabr bəyanatında görə Laçın şəhərinin və ətraf kəndlərin boşaldılmasını tələb edəcək. Bu zaman yetişdi.

Buna baxmayaraq, Paşinyan Ermənistan tərəfdən Azərbaycanla sərhədə yolun çəkilişini ləngidirdi. Paşinyan Azərbaycan ərazisindəki alternativ yolu Ermənistanla birləşdirəcək yolun tikintisini radikal müxalifətin mümkün etirazına görə ləngidirdi. Ancaq artıq Ermənistan hökumətinin qəraryıla alternativ yolu Ermənistana birləşdirəcək yolun tikintisinə başlanılıb.

Paşinyanla yanaşı Qarabağdakı erməni separatçılarının lideri Araik Arutunyan da Laçın şəhərinin, ətraf kəndlərin və uzun illərdir dəhliz kimi istifadə etdikləri yolun boşaldılması zərurətini anlayır. Təsadüfi deyil ki, Araik Arutunyanın təlimatıyla ermənilərə Laçın şəhərinin və ətraf kəndlərin boşaldılması tapşırılıb. Orada yaşayan ermənilərə o da tapşırılıb ki, yaşayış yerlərini yandırmasınlar. Çünki erməni separatçıları da anlayır ki, Kəlbəcərdə olduğu kimi Laçında da yanğınların törədilməsi onlar üçün vəziyyəti daha da gərgniləşdirə və bu Azərbaycan ordusunun növbəti anti-terror əməliyyatına şərait yarada bilər. Erməni separatçılarının Kəlbəcər istiqamətində olduğu kimi Laçın və ətraf kəndlərə gedən yolların minalanması da baha başa gələcək. Bu halda erməni separatçılarının alternativ yoldan istifadəsi çətinləşəcək. Alternativ yola keçid zamanı Laçın şəhəriylə yanaşı Laçının bütün kəndləri işğaldan azad olunacaq. Alternativ yolun ətrafında kənd və qəsəbə yoxdur.

Laçın şəhərinin və rayonunun azad olunması və orada Azərbaycan ordusunun möhkəmlənməsi Qarabağ separatçılarının mühasirəsini daha da daraldacaq və əgər separatçılar tərksilah barədə qərar verməzlərsə, bu növbəti anti-terror əməliyyatlarına şərait yaradacaq. Digər tərəfdən Nikol Paşinyanın Qərbi Zəngəzurda dəhlizə şərait yaratmaması Qarabağla Ermənistanı birləşdirəcək alternativ yolun sonunda Azərbaycan sərhəd və gömrük postunun yaradılmasını sürətləndirəcək.

“Atlas” Araşdırmalar Mərkəzi

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

Futbol üzrə Avropa çempionatının rəmzi komandası açıqlanıb

Daşkəsənin yeni icra başçısı ictimaiyyətə təqdim olunub

Azərbaycanın Tehrandakı səfirliyinin yeni inzibati binası istifadəyə verilib

2024-cü ilin ən yaxşı müdafiəçisi bəlli olub

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Ukraynalılar Rusiya ilə danışıqlara hazırdırmı? – Xalqın cavabı

Coratda dənizdə batan gəncin meyiti tapılıb - Yenilənib

Tramp vitse-prezidentliyə namizədinin adını açıqlayıb

Ən çox oxunanalar